Böyük çillədən sonrakı dönəm xalq arasında Kiçik çillə adlanır və 20 gün davam edir. Fevral ayının 1-dən etibarən Kiçik çillə başlayır. Kiçik çillənin birinci ongünlüyündə xalq arasında Xıdır Nəbi mərasimi icra olunur. Xıdırın hər evə gəlməsini arzu edən xalq müxtəlif ayinlər icra edir. Xalq həm də belə deyir ki, Xıdırın ən çox sevdiyi buğda cü..
Yanvarın 29-da Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində “Qafqazın İsveçrəsinə səyahət — Naxçıvan” adlı kitabın təqdimat mərasimi olmuşdur. Kitabın müəllifi, “Naxçıvan Travel” şirkətinin direktoru Natiq Paşayev mərasimə toplaşanları salamlayaraq kitabın yazılmasında qarşıya qoyulmuş məqsəd və Naxçıvanın turizm potensialının təbliğində ə..
Azərbaycan Respublikasının Prezidenti İlhаm Əlİyеv: XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat..
Görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan şəhərində yerləşən məzarını ziyarət etməklə başlayıb. Bəhruz Kəngərli Muzeyində davam etdirilən mərasimdə Naxçıv..
Adətlərimiz bizləri yaşadan, soy-kökümüzü göstərən milli kimlik vəsiqəmizdir, – desək, yanılmarıq. Milli məişət elementlərimizdən biri olan mətbəx mədəniyyətimizdən, qədim yaşayış tərzimizdən soraq verən təndirlər isə hər zaman bir elin-obanın xeyir-bərəkət, ruzi rəmzi sayılıb, həm də həmin eldə-obada həyat nişanəsi, yaşayış vasitəsi hesab edi..
Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın anadan olmasının 131-ci ildönümü münasibətilə “Bəhruz Kəngərli-131” mövzusunda interaktiv dərs keçirilib. Dərsi muzeyin baş fond mühafizi-elmi işçisi Zümrüd Əhmədova aparıb. Qeyd olunub ki, Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açmışdır. Məhsuldar yaradı..
Bu il müstəqillik illərində Naxçıvanda yaradılan ilk muzeylərdən biri olan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyətə başlamasından 25 il ötür. Bu münasibətlə Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova milli xalçaçılıq nümunələ..
Qədim xalq sənətləri xalqın yaşamını, məişətini ifadə etmək baxımından böyük əhəmiyyət daşıyır. Hər bir xalqa məxsus olan sənət növü onun mənəvi yanaşmasını da özünəxas dərəcədə ifadə edir. Fərqli sənət növlərini müşahidə edərkən onda etnosun qədim düşüncə tərzini aşkarlamaq mümkündür. Bu maddi nümunələrə xalq düşüncəsinin təsiri də danılmazdır..
Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə Vətənimizin bu regionu ilə bağlı maraqlı açıqlamalar verdi. Dövlət başçısı qeyd etdi ki, “Qarabağ və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını..
Hər fəslin öz yeməyi, öz süfrə qayğıları var. Yayın istisində sərinləmək üçün hazırlanan yeməkləri qışın soyuğunda süfrəyə gətirmək olmadığı kimi, qışın yeməklərini də yayda dada bilmirik. Soyuğu artıq hiss etməyə başladığımız, uzunsürən yorğun iş günündən sonra son dərəcə dadlı yeməklərin ətri gələn, isti, rahat evə tələsməkdən gözəl nə ola bilər..