AZ EN RU

Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 9 il ötür

Azərbaycanın görkəmli xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, dramaturq, publisist, Milli Məclisin II və III çağırış deputatı Vaqif Səmədoğlunun vəfat etməsindən doqquz il ötür. Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman Allaha müraciətlə bir şeir paylaşıb:

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah, Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. Bir gün sonra Birinci Fəxri xiyabanda dəfn olunub. Dahi ədibimizi qürur və hörmətlə anırıq

Nəşr edilib : 28.01.2024 11:14