Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, rəngarəng iqlim tipləri, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi..
Ölkə başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan müvafiq bəndlərin icrası Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti qarşısında duran əsas vəzifələrdəndir. Bu vəzifələrin icrası məqsədilə Depar..
Bu sahəni inkişaf etdirməyin yolu potensial bazaya malik olmaq deyil, kiçik biznesi inkişaf etdirməkdir İnsanların səyahət etmək istəyi qədim dövrlərdən məlum olsa da, bu istək artıq müasir dövrümüzdə fenomenal bir sahəyə çevrilib. Təsadüfi deyil ki, bu gün fərqli ölkə və regionları, xalqları və mədəniyyətləri əyani öyrənməyin ən münasib y..
Bir şəlalə var. Gözəlliyi göz oxşayır (fotolarda belə). Dağlar qoynundan axır, coşub-daşır, ruha dinclik, ürəyə sərinlik verir. Səsindən məhəbbət, sevgi, mənəvi paklıq və rahatlıq oxunur. Duruşu, əzəməti, nəcibliyi ilə görüşünə gələn hər kəsi cəzb edir. Qonaqpərvərdir, kiçiyə-böyüyə mehribanlıqla qucaq açır, gözəlliyinə tamaşa etməyə gələnləri ..
Ölkəmizdə turizmin inkişafı hər keçən gün daha da aktuallaşır. Son illərdə bu həllivacib sahənin inkişafı üçün həyata keçirilən tədbirlərin yaxın gələcəkdə Naxçıvanın da bir turizm diyarı kimi tanınmasında mühüm rol oynayacağı qənaətini qətiləşdirir. Nəzərə alaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü il ta..
Qədim Naxçıvan diyarı Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşdiyi üçün hələ orta əsrlərdə dünya ipək ticarətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. Həm İrandan Gürcüstan və Dağıstana gedən ticarət yolu üzərində yerləşməsi, həm də Naxçıvan tacirlərinin Avropanın böyük sənaye mərkəzləri ilə geniş əlaqələr qurması ..
İqtisadiyyatın idarə olunması zamanı əsas tələblərdən biri resurslardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədlərə çatmaqdan ibarətdir. Bu mənada, planlaşdırılan hər hansı bir layihənin, yaxud işin nəticəsinin əvvəlcədən bilinməsi onların arzuedilən müsbət səmərə verməsi baxımından hər k əs üçün maraqlıdır. Ona görə də müasir mene..
Şahbuz rayonunun Kükü kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Cəlal Paşayev bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı b..
Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda turizmin inkişafı prioritet sahələrdən biri kimi ön plana çəkilib. Proqramda sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi,..
Şəhərdən, necə deyərlər, səhərin gözü açılmamış yola düşməyi planlaşdırmışdıq. Saat 7 radələrində artıq Naxçıvan-Ordubad magistral yolunda idik. Təxminən, müəyyənləşdirdiyimiz vaxtda həmin magistralın Aza kəndi ərazisindən keçən hissəsinə çatırıq. Qeyd edim ki, gedəcəyimiz ünvan Ordubad rayonunda dörd turizm marşrutundan ən böyüyünün üstündə, lap s..