AZ EN RU

Dövlət Turizm Agentliyinin saytında Şahbuz rayonunun Kükü kəndi ilə bağlı yazı verilib

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmi www.azerbaijan.travel  saytında  Şahbuz  rayonunun Kükü  kəndinin turizm potensialı ilə bağlı yazı verilib. “Təbiətin qucağındakı Kükü  kəndi”  başlıqlı  yazıda kəndin coğrafi mövqeyi,  onun təbii gözəllikləri,  əhatə etdiyi  dağlar, Kükü çayı,  Qanlıgöl, Gurbulaq şəlaləsi haqda məlumatlar verilmş, kənddə  hazırlanan yeməklərin ləzzətindən bəhs  olunmuşdur. Saytda qəzetimizin əməkdaşı Əli Cabbarovun  Kükü kəndinin müxtəlif mənzərələrini  əks etdirən  fotoşəkilləri də  yer alıb.

https://azerbaijan.travel/embrace-of-nature-kuku-village

Bülbül Quliyeva

Nəşr edilib : 01.02.2024 18:01