Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Liderlər Bakı vaxtilə saat 6-da Praqa qalasında bir araya gələcəklər. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə..
Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi B..
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayında və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ təşkil olunub. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ..
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. Muxtar respublikada dağıntı və tələfat..
Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu möhtəşəm tədbirlə əlaqədar muxtar respublikamıza gələn xarici və yerli şahmatçılar, şahmat həvəskarları oktyabrın 4-də əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Mədəniyyət ocağının bələdçisi ingilis dilində məlumat verib ki, muzeyin fond..
Naxçıvanda hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Əlbəttə, yurdumuzun hər qarışı mənə doğma və əzizdir. Azərbaycan, sözün əsl mənasında, gözəlliklər və özəlliklər məskənidir. Onun vəsfi və əsrarəngiz hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tə..
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin Fransada 03 – 07 oktyabr 2022-ci il tarixlərini əhatə edən təlim proqramı öz işinə başlayıb. Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən görüşdə layihə konsorsiumu..
Oktyabrın 4-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb. Sonra Müdafiə Nazirliyind..
Daha altı yaşındaydım! İlk həyəcanım, ilk qorxum idi məktəbə getmək.... Üzündəki təbəssümlə tutdun əlimdən. Əllərin həyəcandan donan barmaqlarımı isitmişdi, gülüşün cəsarət vermişdi mənə müəllimim! Bizə təkcə oxumağı, yazmağı deyil qorxularımıza qalib gəlməyi,dostluğu, vətən sevgisini də öyrətdin. O qədər mərhəmətli, o qədər qayğıkeş idin ki, sənə..
Ermənilərin Daşkəsəndə basdırdığı 452 ədəd mina zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir. Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmi..