AZ EN RU

Naxçıvan şəhərində avtomobil 11 yaşlı uşağı vurub

Naxçıvan şəhərində avtomobil 11 yaşlı uşağı vurub.
"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2013-cü il təvəllüdlü Məmmədli Uğur Mehman oğlunu vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.06.2024 21:22