AZ EN RU

Bu gün Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində 3 piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib

Bu gün Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində 3 piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib.
"Şərq qapısı" xəbər verir ki, baş verən hadisələr zaman xəsarət alanların ikisi qızdır. Belə ki, qəzalarda 2002-ci təvəllüdlü Nəcəfov Murad İntiqam oğlu, 2004-cü il təvəllüdlü Qasımova Arzu Rasim qızı və 2008-ci il təvəllüdlü Hüseynova Aliyə Rahib qızı xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.06.2024 00:21