AZ EN RU

İctimai-siyasi


Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanının “AcwaPower” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində iştirak edən..

Nəşr edilib : 16.04.2024 16:44
Ardını oxu

Kəngərli rayonunda yanan avtomobil söndürülüb

Naxçıvan Muxtar Respublikasının  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon Xok kəndinin ərazisindən keçən hissəsində minik avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. ..

Nəşr edilib : 16.04.2024 16:32
Ardını oxu

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olun..

Nəşr edilib : 16.04.2024 16:29
Ardını oxu

DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib

Daxili İşlər Nazirliyi (DİN) müsadirə edilmiş 2 ton narkotiki məhv edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazir..

Nəşr edilib : 16.04.2024 16:16
Ardını oxu

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək. Toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı. 2. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nöm..

Nəşr edilib : 16.04.2024 16:05
Ardını oxu

Dövlət başçısı: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektr..

Nəşr edilib : 16.04.2024 15:15
Ardını oxu

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən daxil olan müraciətə əsasən, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən cənub küləyi fonunda havanın temperaturunun tədricən yüksəlməsi yüksək dağlıq ərazilərdə qar uç..

Nəşr edilib : 16.04.2024 15:13
Ardını oxu

Naxçıvan şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evinin mətbəxtində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Yanğından m..

Nəşr edilib : 16.04.2024 15:10
Ardını oxu

Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edild..

Nəşr edilib : 16.04.2024 14:58
Ardını oxu

Şərur rayonu Kərimbəyli kəndində baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Kərimbəyli kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub. Yanğından mühafizə bölmələri ..

Nəşr edilib : 16.04.2024 14:48
Ardını oxu