AZ EN RU

Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini müzakirə edib

Azərbaycan Səudiyyə Ərəbistanının “AcwaPower” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə edib.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində iştirak edən nazir “AcwaPower” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.

Nəşr edilib : 16.04.2024 16:44