Yeni avtomat stansiyanın quraşdırılacağı hidrometeoroloji məntəqələrin yerinin müəyyən olunması məqsədilə çayın muxtar respublikaya giriş və çıxış hissələrində, həmçinin İran İslam Respublikasına giriş hissəsində hidroloqlar tərəfindən monitorinq keçirilmişdir. Qeyd edək ki, monitorinqlər 3 gün davam edəcəkdir...
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bər..
Belçika mayın 10-11-də Azərbaycan və Ermənstan arasında danışıqların yeni raundunu alqışlayıb. Bu barədə krallığın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib. “Belçika mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Alma-Ata Bəyannaməsindən ..
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanla görüşüb. Bu barədə Azərbaycanın Bağdaddakı diplomatik missiyasının mətbuat xidməti bildirib. “Səfir Nəsir Məmmədov ilə İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan arasında görüş keçirilmişdir”, – səfirlik sosial şəbəkədə qeyd edib. Mətbu..
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. Bu barədə ukraynalı diplomat sosial şəbəkədə bildirib. “Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim..
Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin muxtar respublika Ağır Cinayətlər Məhkəməsi üzrə İcra bölməsinin rəisi Kərimov Arzuyar Sadıq oğlu adıçəkilən məhkəmədə hakim vəzifəsinə təyin edilib. Bu münasibətlə, yeni təyin edilmiş hakim Arzuyar Kərimovla Ədliyyə Na..
Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin deputatlarının üçtərəfli işçi görüşü mayın 13-də ŞKTC-nin paytaxtı Lefkoşada keçirilib. Müzakirələrdə Azərbaycan tərəfdən Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Milli Məclisin deputatlarından ibarət qrup iş..
Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib. Qonağı salamlayan nazir “Şuşa - İslam dün..
Mayın 13-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti Lefkoşaya səfər çərçivəsində bu ölkənin parlamentinin sədri Zorlu Töre, Baş naziri Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçirib Görüşlərdə ŞKT..
Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı öz işinə başlayıb. Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə iştirak edib. Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Dünya Müsəlman Alimləri Birliyinin rəhbə..