AZ EN RU

İctimai-siyasi


Ukrayna və Fransa prezidentlərinin görüşü başa çatıb

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında keçirilən görüş başa çatıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib. Bildirilib ki, görüş Marinski sarayında baş tutub. Hazırda liderlərin birgə brifinqi keçirilir...

Nəşr edilib : 08.02.2022 17:46
Ardını oxu

Çavuşoğlu: “Ermənistan XİN başçısını Antalya Diplomatiya Forumuna dəvət etmişik”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət etmişik. NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək...

Nəşr edilib : 08.02.2022 17:44
Ardını oxu

Naxçıvanın muxtariyyət tarixinə həsr olunmuş interaktiv dərs

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümünə həsr olunmuş növbəti interaktiv dərs olub. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun tədris etdiyi “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzulu dərsə muxtar respublikanın 200-ə yaxın ümumtəhsil mək..

Nəşr edilib : 08.02.2022 16:05
Ardını oxu

Fransa Prezidenti 24 ildən sonra Ukraynaya səfər edir

Fransa Prezidenti 24 ildən sonra Ukraynaya səfər edir. Fevralın 8-də Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya səfəri başlayır. Bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub. Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makr..

Nəşr edilib : 08.02.2022 11:28
Ardını oxu

Rusiya və Fransa prezidentləri Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Qarabağda vəziyyəti müzakirə ediblər. Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfərə çərçivəsində Prezident Vladimir Putinlə keçirilən görüş zamanı Qarabağda vəziyyətlə bağlı da müzakirələr aparılıb. Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında V.Putin bildirib ki, fr..

Nəşr edilib : 08.02.2022 11:25
Ardını oxu

İbrahim Kalın koronavirusa yoluxan Türkiyə Prezidentinin səhhəti ilə bağlı açıqlama verib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın koronavirusa yoluxan Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib. İ.Kalın açıqlamasında həkimlərin müşahidələrinə əsasən, bir neçə gün ərzində Türkiyə Prezidentinin koronavirus testinin neqativ nəticə verəcəyinin gözlənildiyini bildirib. Prezident Ərdoğanın həyat yoldaşı..

Nəşr edilib : 08.02.2022 09:26
Ardını oxu

Rusiya və Fransa prezidentlərinin görüşü başa çatıb

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. TASS informasiya agentliyinə istinadla xəbər verir ki, liderlər əvvəlcə Kremlin birinci korpusunun nümayəndəlik kabinetində təkbətək görüşüblər, daha sonra işgüzar nahar ediblər...

Nəşr edilib : 08.02.2022 09:19
Ardını oxu

Moskvada Rusiya və Fransa prezidentləri arasında görüş keçirilir

Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında görüş keçirilir. Tərəflərin Ukraynada vəziyyəti, rəsmi Moskvanın Brüsselə və Vaşinqtona təqdim etdiyi təhlükəsizlik zəmanəti barədə sənədi müzakirə edəcəkləri gözlənilir...

Nəşr edilib : 07.02.2022 22:21
Ardını oxu

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614-dür

Fevralın 7-də Azərbaycanda 59 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, “buster” doza ilə peyvənd olunanların sayı isə 58 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaks..

Nəşr edilib : 07.02.2022 17:26
Ardını oxu

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4680 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4680 yoluxma faktı qeydə alınıb, 2134 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 703 min 334 nəfərin koronavirus infeksiyasına yoluxma..

Nəşr edilib : 07.02.2022 17:25
Ardını oxu