AZ EN RU

Naxçıvanın muxtariyyət tarixinə həsr olunmuş interaktiv dərs

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümünə həsr olunmuş növbəti interaktiv dərs olub. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun tədris etdiyi “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzulu dərsə muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri qoşulub.

Dəsrdə ötən əsrin əvvəllərindəAzərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi  olan Naxçıvanda hökm sürən gərgin ictimai-siyasi vəziyyət, muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələrdən bəhs olunub, erməni quldurlarının törətdikləri qırğınlar nəticəsində əhalinin sayının iki dəfə azalması, diyarın təssərrüfat həyatında baş verən ciddi tənəzzül və mühüm amillər diqqətə çatdırılıb.

Dərs zamanı XIX əsrin 20-ci illərində Azərbaycan torpaqlarına köçürülən və tarixi ərazilərimiz hesabına öz xülyalarını reallaşdırmağa cəhd edən ermənilərin məkrli planları, Rusiya tərəfindən ərazi məsələlərinin ermənilərin xeyrinə həll etmək siyasəti ətraflı izah olunub. Şagirdlər öyrəniblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra bölgədə fəallaşan ermənilərin, xüsusilə Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağa qarşı ərazi iddia kəskin xarakter almış və bu əsassız iddialar Naxçıvanın muxtariyyət məsələsini vacibliyini artırmışdır.

Yaşar Rəhimov Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında Behbud ağa Şahtaxtinskinin oynadığı mühüm roldan söz açıb. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən referendumda bölgə əhalisinin 90 faizdən çoxunun Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verməsi bütövlükdə ölkəmizə qarşı hazırlanmış məkrli planlara sarsıdıcı zərbə olmuşdur. Muxtariyyət statusunun qazanılmasında Moskva və Qars müqavilələrinin mühüm diplomatik, tarixi əhəmiyyət kəsb etmişdir.                        

Qeyd olunub ki, XX əsrin 90-cı illərində muxtar respublikada mövcud vəziyyət, mənfur ermənilərin hücumları haqqında məlumat verən tədqiqatçı diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təmin edilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikada həyata keçirilən işlərlə bağlı fikirlərindən sitatlar gətirib. ötən dövr ərzində muxtar respublikada həyata keçirilən irimiqyaslı quruculuq işləri, əldə olunan çoxsaylı nailiyyətlər, xarici əlaqələrin genişləndirilməsi, həyatın bütün sahələrində qeydə alınan inkişaf ulu öndərin siyasi xəttinin bu gün də muxtar respublikada uğurla davam etdirildiyinin sübutudur. Bu gün inkişaf dövrünü yaşayan Naxçıvan muxtariyyətinin 98-ci ildönümünü yüksək qürur və fəxrlə qeyd edir.

 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 08.02.2022 16:05