AZ EN RU

İctimai-siyasi


Naxçıvanda məscidlərdə Aşura günü münasibətilə qanvermə aksiyası başlayıb

"Şərq qapısı" xəbər verir ki, hazırda Naxçıvan Muxtar Respublikasında Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası keçirilir. Aksiya Naxçıvan şəhərində 3 ünvanda- Heydər Məscidi, Sarvanlar və Pirqəmiş məscidlərində və rayonların mərkəzi xəstəxanalarında təşkil olunur. Qeyd edək ki, könüllü aksiya 10:00-dan 12:00-dək davam edəcək...

Nəşr edilib : 16.07.2024 10:36
Ardını oxu

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində “İlkin hazırlıq” kursunu bitirmiş gənc əməkdaşların “Andiçmə” mərasimi keçirilib

Tədbirə başlamazdan öncə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi..

Nəşr edilib : 16.07.2024 10:12
Ardını oxu

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. "Şərq qapısı" xəbər verir ki, 1 iyun 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2675 nəfər və ya 0,6 faiz artaraq 469460 nəfər olub...

Nəşr edilib : 16.07.2024 10:11
Ardını oxu

Dünyanı bir ovuca sığdıran kənd Havuş

Bu dəfə yolumuz başı buludlara söykənən, buludlardan nəm çəkən uca dağların qoynunda yerləşən, dağların bir qaş kimi əhatəyə aldığı, sanki ovuc içində olan ucqar kəndimiz Havuşadır. Şərurun bu kiçik yaşayış məntəqəsi dəniz səviyyəsindən 2100 metrdən artıq yüksəklikdə yerləşir. Odur ki, aşırımlı yollarla üzü yuxarı qalxdıqca qulaqlarımız təzyiqdən u..

Nəşr edilib : 16.07.2024 10:00
Ardını oxu

Naxçıvanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək

Bu gün Aşura günü münasibətilə Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçiriləcək. Ənənəvi keçirilən qanvermə aksiyaları Naxçıvan şəhərində 3 ünvanda- Heydər Məscidi, Sarvanlar və Pirqəmiş məscidlərində və rayonların mərkəzi xəstəxanalarında təşkil olunacaq.  Könüllü aksiya 10:00-dan 12:00-dək davam edəcək...

Nəşr edilib : 16.07.2024 09:15
Ardını oxu

Dövlət Departamenti Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında irəliləyişin olduğunu bildirib

ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib. Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir: “Sülh razılaşması region, regionda sülh və təhlük..

Nəşr edilib : 15.07.2024 22:50
Ardını oxu

Naxçıvan Muxtar Respublikasında 16 iyula olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Culfa rayonunun  bəzi dağlıq ərazilərində havanın yağışlı olacağı ehtimal olunur. Saniyədə 12-17 m/san sürətlə..

Nəşr edilib : 15.07.2024 22:33
Ardını oxu

MN: Hərbi qulluqçumuz bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. “Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı v..

Nəşr edilib : 15.07.2024 20:40
Ardını oxu

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

İyulun 12-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe  rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2024-cü ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib. "Şərq qapısı" xəbər verir ki, tədbirdən öncə Ümummilli Lid..

Nəşr edilib : 15.07.2024 19:47
Ardını oxu

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3567 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, onların 3404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata ..

Nəşr edilib : 15.07.2024 18:40
Ardını oxu