AZ EN RU

Naxçıvanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək

Bu gün Aşura günü münasibətilə Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçiriləcək.
Ənənəvi keçirilən qanvermə aksiyaları Naxçıvan şəhərində 3 ünvanda- Heydər Məscidi, Sarvanlar və Pirqəmiş məscidlərində və rayonların mərkəzi xəstəxanalarında təşkil olunacaq. 
Könüllü aksiya 10:00-dan 12:00-dək davam edəcək.

Nəşr edilib : 16.07.2024 09:15