AZ EN RU

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində “İlkin hazırlıq” kursunu bitirmiş gənc əməkdaşların “Andiçmə” mərasimi keçirilib

Tədbirə başlamazdan öncə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi kursu bitirmiş dinləyicilərə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını çatdırıb. Onlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin inamla davam etdirdiyi dövlətçilik ənənələrinə və xalqa hər zaman sədaqətli olmağı , daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə etmişdir.

Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Nəşr edilib : 16.07.2024 10:12