AZ EN RU

Son xəbərlər


"Paris-2024": Azərbaycanın basketbol millisi ilk oyununu keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk oyununa çıxıb. Yığma İspaniya seçməsi ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş rəqibin 18:16 hesablı qələbəsi ilə yekunlaşıb...

Nəşr edilib : 30.07.2024 23:36
Ardını oxu

Elçin Əmirbəyov Azərbaycanla Ermənistan arasında sülh sazişi qarşısında duran əsas maneədən danışıb

“Sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır”. Bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda..

Nəşr edilib : 30.07.2024 23:04
Ardını oxu

Elçin Əmirbəyov: Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik”. Bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bild..

Nəşr edilib : 30.07.2024 22:30
Ardını oxu

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib

"Şərq qapısı" xəbər verir ki, komandamız Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib. Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. 17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia,  72-ci dəqiqədə isə Leandro Andrade rəqib qapısına yol tapıb. "Köhlən atlar" növbəti I..

Nəşr edilib : 30.07.2024 22:04
Ardını oxu

"Paris-2024": Yaylagül Ramazanova çıxışını başa vurub

Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. O, 1/16 finalda Mişel Kroppenlə üz-üzə gəlib. Rəqibinə 2:6 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb...

Nəşr edilib : 30.07.2024 21:18
Ardını oxu

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə iyulun 30-da Bakıda rəsmi qəbul təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib. Ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışan Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş qeyd edib: “2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 f..

Nəşr edilib : 30.07.2024 21:13
Ardını oxu

Adil Kərimli: Azərbaycan Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir

Azərbaycan Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir və siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin arzusundadır. Bu sözləri Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Mərakeşin milli bayramı münasibətilə Bakıda keçirilən tədbirdə deyib. Azərbaycan ilə Mərakeş arasında dostl..

Nəşr edilib : 30.07.2024 20:48
Ardını oxu

Səfir: Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir

2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 faiz azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr sırasında yer alır. Buna görə də Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir və Azərbaycana uğurlar arzulayır. Bunu Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkəsinin milli bayramı münasibətilə Bakıda keçirilə..

Nəşr edilib : 30.07.2024 20:29
Ardını oxu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Vətəndaşların qəbulu otağı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün “Vətəndaşların qəbulu otağı” istifadəyə verilib. “Şərq qapısı” xəbər verir ki, açılış mərasimin..

Nəşr edilib : 30.07.2024 20:15
Ardını oxu

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala adlayıb

Azərbaycanın boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb. 80 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib. Rəqibini üstələyən idmançımız 1/4 finala adlayıb. O, bu mərhələdə avqustun 2-si, qazaxıstanlı Nurbek Oralbayl..

Nəşr edilib : 30.07.2024 19:21
Ardını oxu