AZ EN RU

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib

"Şərq qapısı" xəbər verir ki, komandamız Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib. Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. 17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia,  72-ci dəqiqədə isə Leandro Andrade rəqib qapısına yol tapıb. "Köhlən atlar" növbəti III təsnifat mərhələsinə yüksəlib.
"Qarabağ" bu mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Nəşr edilib : 30.07.2024 22:04