AZ EN RU

Zərərçəkmiş: Meşəlidə cinayətləri törədənlərdən biri də Vaqif Xaçaturyan idi

Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım.

Bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov söyləyib.

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”.

Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular.

Nəşr edilib : 01.11.2023 11:30