AZ EN RU

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

Zəngilan Rayon Polis Şöbəsi Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Nəşr edilib : 28.06.2024 11:22