AZ EN RU

Zəngəzur Milli Parkının ərazisi fəaliyyət zonaları üzrə bölünüb

"Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib:

- Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.

- Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.

- Turizm və rekreasiya zonası – 124,82 hektar.

- Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.

- Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.

Nəşr edilib : 07.06.2024 19:03