AZ EN RU

Zəngəzur Milli Parkına ekskursiya təşkil olunub

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin baytarlıq fənlər birləşməsi komissiyasının və "Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə COP29-la əlaqədar olaraq Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya təşkil olunub.
Ekskursiya zamanı ilk olaraq parkın İnformasiya Mərkəzi ziyarət edilib, parkın flora və faunası haqqında iştirakçılara ətraflı məlumat verilib. İştirakçılar daha sonra Batabat gölünün ətrafını plastik və məişət tullantılarından təmizləyiblər.

Nəşr edilib : 16.06.2024 20:24