AZ EN RU

Zəngəzur dəhlizi barədə Britaniya mətbuatında xəbər

Britaniya  Dəmir  Yollarına aid  railfreight.com saytında  Zəngəzur dəhlizi barədə xəbər  yayımlanıb. 
“Azərbaycan Zəngəzur dəhlizi üzərində  dəmir yolunun tikintisini davam etdirir” başlıqlı yazıda  Azərbaycanın  Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun tikintisini fəal şəkildə həyata keçirdiyi, dəmir yolunun təxminən yarısına yaxın olduğu bildirilir. Dəmir yolu ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla əlaqə yaratmaq üçün Ermənistanın cənubundan sərbəst hərəkət dəhlizi açmağa çalışdığı və yeni marşrutun Çindən Avropaya gedən “Orta dəhliz” quru yolunun bir hissəsi ola biləcəyi də Britaniya  saytında qeyd  olunur. 


Əli Cabbarov

Nəşr edilib : 25.01.2024 13:27