AZ EN RU

Zəlzələ baş verən bölgələrə Naxçıvandan yardımlar davam etdirilir

    Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlər nəticəsində yaranan dağıntıların aradan qaldırılması, insan tələfatlarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülür. Ölkə Prezidenticənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, yaralanların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlarla, zəruri vasitələrlə zənginhumanitaryardımlar göndərilib. 
    Naxçıvan Muxtar Respublikasında da fevralın 7-dən etibarən Türkiyəyə hərtərəfli dəstək aksiyası keçirilir,muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi, paytaxt Naxçıvan şəhərində, rayonlardamüxtəlif dövlət təşkilatlarının əməkdaşları, sakinlər, iş adamları, sahibkarlar yardım kompaniyalarına, humanitar aksiyaya canla-başla qoşulub, səhiyyə ocaqları ehtiyac yarandıqda türkiyədən olan yaralıların qəbulu, müalicə və müayinə üçün tam hazır vəziyyətə gətirilib. Fevralın 7-də Naxçıvan sahibkarlarına məxsus 1, 8 və 9-da isə hər gün 12 olmaqla,ümumilikdə 24 TIR yardım qardaş ölkəyə göndərilib. 
    Qeyd edək ki, humanitar yardım aksiyasına Naxçıvan Muxtar Respublika Xəstəxanası da qoşuldu. Xəstəxana tərəfindən faciədən zərər çəkənlərə dərman, müxtəlif tibbi ləvazimatlar, qida və geyimlərdən ibarət humanitar yardım göndərildi.
    Muxtar respublikanın dövlət qurumları ilə yanaşı iri istehsal müəsisələri də  yardım kompaniyasında fəallıq göstərdilər. Belə ki, “Cahan” Holdinq kommersiya şirkətlər ittifaqı Türkiyədəki zəlzələ bölgəsinə 40 tona yaxın yardım göndərdi. diqqətə çatdıraq ki, yardım əsasən müxtəlif qida, geyim və tibb məhsullarından ibarət idi. 
    Humanitar yardım aksiyasında “Badamlı” Mineral Sular Zavodu da öz dəstəyini əsirgəmədi. Müəsisə tərəfindən qardaş ölkədə zəlzələ baş verən bölgələrə 35 ton yardım göndərildi.
    Fevralın 10-da isə zəlzələ bölgəsində əziyyət çəkən insanların köməyinə yetişəcək zəruri vasitələrlə dolu daha 11 TIR Türkiyəyə yola salınıb. 
    Qeyd edək ki, dünən göndərilən TIR-larda 2 səhra generatoru, yaşam üçün 3 konteyner, Əlahiddə Ümumqoşun Ordu tərəfindən verilən 250 hazır yataqlar, eləcə də sadə yataq dəstləri, xalçalar, uşaq bezləri, dərmanlar olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.02.2023 18:51