AZ EN RU

"Zəfər" Şəhid Ailərinə Dəstək İctimai Birliyinin sədri şəhid ailələri və qazilərlə görüşüb

Aprel döyüşlərinin qəhrəman şəhidi, polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova "Naxçıvan Qaziləri" İctimai Birliyinin ofisində qazilərlə görüşüb.O burada yaradılan şəhidlər guşəsi və  birliyin fəaliyyəti ilə tanış olub. Həyat yoldaşının   döyüş yoldaşları ilə görüşməkdən şad olduğunu qeyd edib. Birliyin sədr müavini, Vətən müharibəsi qazisi Əli Əlisoy şəhid xanımına  hörmət və ehtiramlarını çatdıraraq qeyd edib ki, Aprel döyüşləri Vətən müharibəsindəki qələbənin qazanılması yolunda parlayan ilk qığılcım oldu.  Vətən savaşında irəli atılan hər bir əsgər və zabit şəhidlərin qisasını almağa can atdı.Yumruq kimi birləşib bütün şəhidlərin qisasını alıb Şuşaya bayrağımızı sancdıq.   İgid oğullar Vətənin bütövlüyü uğrunda canından, sağlamlığından keçib amalına çatdı. 
Qeyd edək ki, həmin gün  şəhid yoldaşı "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyini, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını,şəhər qəbiristanlığında uyuyan şəhidlərin məzarlarını,   şəhid Qabil Orucəliyevin və Sadiq Həsənovun ailələrini də ziyarət edib.

Nəşr edilib : 01.07.2024 14:17