AZ EN RU

Zəfər Günü - Qürur doğuran tarixi qələbə

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər Günü - Qürur doğuran tarixi qələbə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə nazirliyin kollektivi Zəfər Parkını ziyarət edib.

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, polkovnik Şahin Mirzəyev kollektivi 8 noyabr - milli qürur, qələbə və zəfər bayramı münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu yolda neçə-neçə qəhrəman igid oğul və qızlarımız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Qeyd olunub ki, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

 Tədbirdə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov “8 Noyabr Zəfər Günümilli qürurumuzun təntənəsi, qələbə və zəfər bayramıdır”, nazirliyin fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin rəis əvəzi Xəyyam Muradov “Zəfər bayramı bizim halal haqqımızdır” mövzularında çıxış ediblər. Diqqətə çatıdılıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yeni tarixi dönəmə qədəm qoyub, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, beynəlxalq siyasətdəki yeni rolu, özünəməxsus və güclü mövqeyi ilə yeni tarix yaratmaqdadır. Yeni tarixi dönəm isə, daha da inkişaf edən, daha da çiçəklənən Azərbaycandır.

Sonda 44 günlük Vətən müharibəsində qazandığımız uğurlardan, igidlərimizin göstərdiyi qəhramanlıqlardan bəhs edən video materiala baxış olub.

Nəşr edilib : 07.11.2023 16:25