AZ EN RU

Zəfər Günü ərəfəsində rabitəçi şəhid ailələri ziyarət olunub

    Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
    8 Noyabr – Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş rabitəçi şəhidlərin ailələrinə baş çəkiblər. Zəfər Günü münasibəti ilə şəhidlərin ailə üzvlərini təbrik ediblər. Nazirlik əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər.
    Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası 
Rəqəmsal İnkişaf və Nəqliyyat 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.11.2023 21:13