AZ EN RU

Zaxarova Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşmanın əldə olunduğunu bildirib

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan-Azərbaycan nizamlanmasının əsas komponentidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Nəşr edilib : 18.10.2023 11:29