AZ EN RU

“Yüz ilimin sədası” adlı poeziya antologiyasının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin və Zərif Qadınlar Ədəbi Məclisinin  üzvü Təranə Arifqızının tərtib etdiyi “Yüz ilimin sədası” adlı poeziya antologiyasının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Film Fondunda keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər 2 nömrəli Mədəniyyət Evinin direktoru İradə Hüseynova açaraq müəllifin yaradıcılıq dünyasından söz açıb, müəllifin muxtar respublikanın  100 illiyinə həsr etdiyi poetik nümunələrdən bəhs edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü Sədaqət Həsənova “Naxçıvanda qadın yazarların söz dünyası” mövzusunda danışaraq naxçıvanlı qadınların ədəbi mühitdə rolunu qeyd edib, onların yaradıcılığında doğma diyara, Vətənə məhəbbət mövzusunun daim ön planda olduğunu qeyd edib.

Çıxış edənlər Təranə Arifqızının “Yüz ilimin sədası” kitabının muxtar respublikanın 100 illik yubileyinə töhfə olduğunu qeyd edərək müəllifə yaradıcılıq uğurları arzulayıb.

Sonda “Naxçıvan Muxtar Respublikası 100” adlı videoçarx nümayiş olunub.

 

                                                                             Aidə İBRAHİMOVA

Nəşr edilib : 17.05.2024 18:09