AZ EN RU

Yuxarı sinif şagirdlərində flüoroqrafiya müayinəsi aparılıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin  tədbirlər planına uyğun olaraq yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək üçün muxtar respublika ərazisində IX-XI sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə start verilib.
    Bu tədbirin Naxçıvan şəhərində mütəşəkkil keçirilməsi üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanası tərəfindən təşkilati işlər aparılıb. Profilaktik flüoroqrafiya müayinələrinə Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə start verilib. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən 97 şagird flüoroqrafiya müayinəsindən keçirilib. Xəstəlik halları aşkar edilməyib.  Müayinələrin nəticələri müsbət və şübhəli olan uşaqların daha dərin müayinələrə cəlb olunmasına lazımi köməklik göstəriləcəkdir. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 20:04