AZ EN RU

Yusif Məmmədəliyev adına kimya-biologiya olimpiadasının rayon turu keçirilib

Bu gün Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə və muxtar respublikanın rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərində dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya-biologiya olimpiadasının rayon turu keçirilib. 8 mərkəzdə təşkil olunan  olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərindən 400-ə yaxın şagird iştirak edib.
 
        Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə keçirilən olimpiada məktəb, rayon, muxtar respublika olmaqla  3 turdan ibarət olacaq. Rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.
      Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir. 
 
  

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.12.2023 14:02