AZ EN RU

Yubiliyar məktəblərimiz

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev adına tam orta məktəbin 20, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin isə 100 illik yubileylərinin  keçirilməsi ilə bağlı əmr imzalanıb.

Qeyd edək ki məktəblərin yubileylərinin qeyd olunması  ilə bağlı Nazirlik tərəfindən təsdiq olunmuş Tədbirlər Planına  uyğun olaraq hər iki məktəbdə yubiley tədbirləri keçiriləcək, məktəblərin kitabxanalarında guşələr yaradılacaq, məktəb və məktəbin uğurlu  məzunları haqqında   televiziya verlişləri, məqalələr, videoçarxlar hazırlanacaq. 
Hər iki məktəbin şagirdlərini, məzunlarını və pedaqoji kollektivini yubiley münasibətilə təbrik edirik!

Nəşr edilib : 02.04.2024 20:40