AZ EN RU

Yubileyin mübarək, əziz diyar!

Şəxsiyyətlər yetişdirən əziz diyar, Naxçıvan! Almaq asan, saxlamaq çətindir, - deyib atalarımız. 100 ildir, şərəflə, məğrurluqla yaşadırsan adını! 100 yaşlı nənəmizin gənclikdə olan xatirələri, 10 yaşlı uşağın dilindəki, ağlındakı, qəlbindəki qürursan sən! Nə gözəl yaraşır şanına təriflər söyləmək! Qəhrəmanlar oylağı Naxçıvan! Qüdrətli dağların, səfalı çöllərin, qədim tarixin dillərdə əzbərdir! Bundan sonra da adın çəkilən hər yerdə qürur hissini bizə yaşatmağın diləyilə...

Muxtariyyətinin 100 yaşı mübarək, əziz diyar! Vətən torpağımızın ayrılmaz parçası Naxçıvan! Daha uğurlu və neçə-neçə inkişaflı illərə…

Əli İLQAROĞLU

Nəşr edilib : 02.02.2024 10:20