AZ EN RU

Yubileyin mübarək, əzəmətli diyarım!

Biz sənin hər qarışına heyran gənclərik, Əziz Naxçıvan! Qəhrəman igidlərinlə, zəngin mədəniyyətinlə, qədim keçmişinlə, görkəmli şəxsiyyətlərinlə öyünmüşük, fəxr etmişik hər zaman... Üç fərqli mədəniyyəti özündə birləşdirən, lal Arazı ağuşuna alıb ona layla deyən, əziz Vətən! Atabəyin qüdrəti, uca dağlarının əzəməti qədər, qüdrətli və əzəmətlisən! Qarlı, soyuq dağlarının ardında isti nəfəsli, cana yaxın insanların səni hər kəsə doğma edir! Əsrlərdən bəri bütün çətinliklərə sinə gərən, əzəmətli Naxçıvan! Bu il sənin muxtariyyətinin 100 illik yubileyidir. Nəinki 100 il, sən hələ neçə-neçə əsrlər, qərinələr könüllərdə taxt quracaq, gündən-günə daha da gözəlləşib, dünyaya səs salacaqsan!

Dilarə NƏCƏFLİ

Nəşr edilib : 05.02.2024 16:36