AZ EN RU

Yubiley turnirinin qalibləri məlum olub

İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş boks üzrə muxtar respublika turniri keçirilib.
 2010-2011 və 2006-2007-ci il təvəllüdlüləri əhatə edən yarışda Naxçıvan şəhəri və bölgələrdən idmançılar iştirak edib. Üç gün davam edən turnirdə 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Səfər Həsənli (38 kq), Yusif Tağıyev (40 kq), Nadir Əbilov (42 kq), Kamal Məmmədov (44 kq), Dəniz Abbaslı (46 kq), Nurəli Əsgərov (48 kq), Elcan Zamanlı (52 kq), Mirkərim Seyidov (54 kq), Toğrul Əhmədov (57 kq), Musa Əliyev (60 kq), Abbasəli Nəcəfli (63.5 kq), Mustafa Məmmədov (67 kq), Nurlan Nəsirov (75 kq), Turqay Abbasov (80 kq), Elvin Quliyev (86 kq), və Bayram Allahverdiyev (92+ kq) öz yaş və çəki kateqoriyalarında birinci olublar. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan turnirin sonunda ilk üç yerin sahibləri diplomla təltif edilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.02.2024 18:16