AZ EN RU

Yubiley medalları təqdim olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri İbrahimov Qadir Abbas oğlu və Milax kənd Mədəniyyət evinin direktoru Hacıyev Elman Rüstəm oğlu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Bu münasibətlə Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə İcra başçısının müavini Sara Hüseynova medalları təqdim edib.

Nəşr edilib : 15.03.2024 20:24