AZ EN RU

Yollarda işıq əksetdirici xüsusi siqnal dirəkləri yenilənib

Naxçıvan-Culfa magistral avtomobil yolunda nəzərdə tutulmuş xüsusi hissələrdə yararsız vəziyyətdə olan işıq əksetdirici siqnal dirəkləri yeniləri ilə əvəz olunub. Bu barədə “Şərq qapısı”  qəzeti redaksiyasına “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidməti  tərəfindən məlumat daxil olub. Məlumatda deyilir  ki, agentlik  tərəfindən quraşdırılan  işıq əksetdirici xüsusi siqnal dirəkləri,  xüsusən günün  qaranlıq saatlarında  avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə imkan verəcək.

Nəşr edilib : 27.03.2024 14:57