AZ EN RU

Yol qəzasında 3 qadın xəsarət aldı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın xəsarət alıb.
Hadisə bugün şəhərin Atatürk küçəsində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı, 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı və 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı xəsarət alıb.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 02.01.2024 20:28