AZ EN RU

Yerli vergi orqanlarında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına başlanılmışdır

Vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, əlverişli biznes mühitinin yaradılması və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının daha da asanlaşdırılması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilərək Naxçıvan şəhər və Ərazi vergilər idarələrinin tərkibində Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbələri yaradılmışdır. Muxtar respublika ərazisində kommersiya hüquqi şəxs qismində fəaliyyət göstərmək istəyən şəxslər elektron qaydada və ya müvafiq vergilər idarələrinə müraciət edərək vergi uçotuna alına bilərlər.

Xatırladaq ki, əvvəlki dövrlərdə kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı yalnız Naxçıvan MR Dövlət Vergi Xidmətinin mərkəzi aparatında həyata keçirilir.

Nəşr edilib : 19.05.2023 15:23