AZ EN RU

Yerli istehsal məhsulları yüksək keyfiyyət göstəricilərinə malikdir - FOTOLAR

    Muxtar respublikada yerli məhsulların standartların tələblərinə uyğun istehsalının təşkil olunması məhsulların ixrac potensialının artırılmasına, daxili bazarla yanaşı, xarici bazarlarda da mövqeyinin möhkəmləndirilməsinə səbəb olur. Bu baxımdan keyfiyyətin artırılması və rəqabətədavamlı məhsul istehsalının təşkili qarşıya qoyulmuş mühüm vəzifə kimi qəbul edilmiş, ötən ay, ümumilikdə, məhsulların 78, o cümlədən qida məhsullarının 59 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aidiyyəti orqanların nümayəndələri ilə birlikdə Şahbuz rayonunun Batabat yaylağında arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüş keçirilmiş, bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuş, bal məhsulunun 1 halda laboratoriya analizi aparılmış, nəticələrinin standartın tələblərinə uyğunluğu müəyyən edilmişdir.
    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 25, meyvə-tərəvəz məhsullarının isə 12 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur. Hesabat dövründə ailə təsərrüfatlarında və müəssisələrdə istehsal edilən emal olunmuş kənd təsərrüfatı məhsulları üçün, ümumilikdə, 5 etiket layihəsi hazırlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində iyun ayı ərzində sənaye məhsullarının 56 halda laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Görüşlər zamanı ailə təsərrüfatı məhsullarının tədarükünü və satışını asanlaşdırmaq məqsədilə ölkəmizin digər bölgələrində ailə təsərrüfatı məhsullarının satışını həyata keçirən təsərrüfat subyektlərinə məxsus 30 ünvan kartı ailə təsərrüfatı nümayəndələrinə paylanılmışdır.
    Hesabat ayında 2 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 3  etiket layihəsi hazırlanmış, bununla yanaşı, 120 hazır etiket ailə təsərrüfatlarına təqdim edilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aid qurumların və müvafiq yerli icra hakimiyyətlərinin əməkdaşları ilə birlikdə Culfa rayonunun Camaldın kəndində seminar-müşavirə keçirilmiş, iştirakçılara bukletlər və kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar təqdim olunmuşdur. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublika üzrə heyvandarlıq məhsullarının emalı və qablaşdırılmasını həyata keçirən müəssisələrin reyestrində aktuallaşdırma işləri aparılmış, müvafiq reyestrdən çıxarış Dövlət Baytarlıq Xidmətinə göndərilmişdir. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir.
    2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. 
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə muxtar respublikada qida məhsullarının istehsalı, ticarət və xidmət sahələri üzrə fəaliyyət göstərən 30 təsərrüfat subyektinə baxış keçirilmiş, 12 təsərrüfat subyektində aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. Bu ilin 13 iyun tarixində Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsul istehsal edən 3 müəssisədən 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəliklər və ya bakteriya aşkar olunmamışdır. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir. 

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət 
Xidmətinin mətbuat xidməti 

 

Nəşr edilib : 18.07.2022 18:59