AZ EN RU

Yerin təkinin istifadəyə verilməsi üzrə növbəti auksion keçirilib

Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə yanvarın 31-də növbəti auksion təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ərəzin” gips yatağından ayrılmış 14 hektar sahə hərraca çıxarılmışdır. 
Başlanğıc qiyməti 103 min 600 manat olan auksion 145 min manatla yekunlaşdırılmışdır. Auksionun qalibi "Gilan and Knauf" şirkəti olmuşdur.

Nəşr edilib : 31.01.2024 14:13