AZ EN RU

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20, № 11, maddə 1689; 2020, № 7, maddə 842; 2021, № 7, maddə 701, № 12, maddə 1315; 2022, № 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin ikinci hissəsinin birinci cümləsində “müsabiqə, hərrac” sözləri “hərrac (auksion və ya müsabiqə)” sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin birinci hissəsi üzrə:

2.1. ikinci abzasda “müsabiqədə və ya hərracda” sözləri “hərracda (auksionda və ya müsabiqədə)” sözləri ilə əvəz edilsin və həmin abzasdan “həmin müsabiqədə və ya” sözləri çıxarılsın;

2.2. üçüncü abzasda “müsabiqə, yaxud hərrac” sözləri “hərrac (auksion və ya müsabiqə)” sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasda “müsabiqə və hərracların” sözləri “hərracların (auksion və ya müsabiqənin)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

Nəşr edilib : 17.07.2023 16:00