AZ EN RU

Yeniliklərin tətbiqi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alır, onların sosial reabilitasiya imkanları artırılır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ötən müddət ərzində, mərkəzin maddi texniki bazası möhkəmləndirilib, burada çalışanlar üçün yüksək iş şəraiti yaradılıb, bölmələr bütün müvafiq texnologiyalarla təchiz olunub. Nəticə etibarilə, müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri mühit yaradılıb.
    Yeniliklərin tətbiqinə xüsusi önəm verilən mərkəzdə bu günlərdə daha bir terapiya bölməsi istifadəyə verilib. Yeni yaradılan oyun terapiyasının tətbiqində isə əsas məqsəd, uşaqlarda funksional hərəkət pozuntularının qarşısının alınması zamanı psixoloji yükün azaldılması və reabilitasiya tədbirlərinin onların həyatında daha əyləncəli şəkildə tətbiqindən ibarətdir.


    Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.06.2022 22:00