AZ EN RU

Yeni tikilmiş yaşayış evlərinə smartkart tipli sayğaclar quraşdırılıb

2024-cü ilin yanvar ayında Naxçıvan şəhərində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə həyata keçirilən işlərin tərkib hissəsi kimi, elektrik hava xəttində olan 1 yarımstansiyada yenidənqurma işləri aparılıb və 1 yarımstansiyada 630 kVA gücündə transformator quraşdırılıb. Ay ərzində istismara yararsız dirəklər yenisi ilə əvəz olunub və yeni tikilmiş yaşayış evlərinə 23 ədəd smartkart tipli sayğac quraşdırılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.02.2024 16:50