AZ EN RU

Yeni tədris ilinə start verilib

     Naxçıvan Qarnizonu Qoşunlarında, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində 2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar mərasimlər keçirilib. 
    Tədbirlərdə ötən tədris ilində şəxsi heyətin peşəkar hazırlığının və fiziki dözümlülüyünün, heyət, bölmə, hissə və birləşmələrin, idarəetmə orqanlarının hazır­lığının yüksəldilməsi, eyni zamanda təyinata uyğun döyüş, eləcə də fövqəladə hallar zamanı tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyədə təkmilləşdirilməsi tapşırıqlarının və ümumilikdə, planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib. 
    “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Diqqətə çatdırılıb ki, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.
    Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən mərasimdə isə qeyd olunub ki, döyüş (pеşə) hаzırlığı təsdiq olunan planlara və proqramlara uyğun təşkil edilməli, tədris dövrünün başlanması ilə əlaqədar həyəcаn siqnаlındа fəаliyyət üzrə tаktiki-sırа, kоmаndir hаzırlığı məşğələləri və bütün növ iхtisаslı mütəxəssislərlə təlim-mеtоdik tоplаntılаr kеçirilməlidir. Eyni zamanda Mülki Müdаfiə Alаyı və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin qərаrgаhlаrı ilə аyrılıqdа və birgə qərаrgаh məşqləri, tаktiki-хüsusi təlimlər, qoşun xidmətinin təşkili və аpаrılmаsı üzrə nümunəvi məşğələlər təşkil olunmalıdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.02.2022 23:05