AZ EN RU

Yeni Qanuna əsasən muxtar respublikada daha 2 min vətəndaşa əmək pensiyası hüququ veriləcək

Əvvəlki qanunvericilikdə pensiya yaşına çatan və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanması nəzərdə tutulurdusa, yeni dəyişikliyə əsasən güzəşt olunan sığorta stajının qüvvədə olma müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, bununla da qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcəkdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən  2022-ci il ərzində 620 nəfərə 25 il sığorta stajı hədiyyə olunmaqla pensiya təyin edilib. Növbəti 3 il üzrə isə muxtar respublikada daha 2 min nəfərə 25 illik sosial sığorta stajı hədiyyə edilərək pensiya təyin olunacağı nəzərdə tutulur.

Nəşr edilib : 30.12.2022 11:58