AZ EN RU

Yeni inzibati bina inşa olunur

    Muxtar respublikamızın hərtərəfli inkişafında mühüm rol oynayan, sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı ilbəil artır.

    Şahbuz rayonunda da tikinti-quruculuq tədbirləri uğurla davam etdirilir. Hazırda rayon Statistika və Maliyyə Şöbəsi üçün yeni binanın tikintisi sürətlə aparılır. Layihəyə əsasən bina üçün, ümumilikdə, 922 kvadratmetr sahə ayrılıb. Üç mərtəbədən ibarət olan binanın zirzəmisi Statistika, 1-ci və 2-ci mərtəbələri isə Maliyyə Şöbəsinə ayrılıb. Hər iki təşkilat üçün müvafiq xidmət otaqları nəzərdə tutulub. Binada əsas tikinti işləri başa çatıb, fasad hissə travertin daş ilə üzlənib. Hazırda binanın  daxilində suvaq və alçı işləri, xaricində isə  travertin üzləmə işləri aparılır. Binada yaradılacaq müasir iş şəraiti vətəndaşlara həmin qurumlar tərəfindən yüksək xidmət göstərilməsinə imkan verəcək.

Telli MƏMMƏDOVA

Nəşr edilib : 06.04.2022 18:43