AZ EN RU

Yeni dərslik geniş oxucu auditoriyasına hədiyyə olunub

    Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika üzrə elmlər doktoru, professor Hüseyn Əhmədovun bakalavr, magistr, doktorant, dissertantlar və gənc tədqiqatçılar üçün nəzərdə tutulan  “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı dərsliyi onun oğlu professor Hümeyr Əhmədov tərəfindən geniş oxucu auditoriyasına hədiyyə olunub.
    Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, bu əsər tədris proqramının tələbləri səviyyəsində hazırlanıb. Dərslikdə çoxəsrlik Azərbaycan məktəb təhsilinin, pedaqoji ideyaların meydana gəlməsi və inkişaf mərhələləri elmi əsaslarla araşdırılıb. 
    İnstitutun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev və kafedranın müəllimi, dosent Vahid Rzayev dərslik haqqında fikirlərini bildiriblər. 
    Müəllifin oğlu – Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, professor Hümeyr Əhmədov tədbir üçün minnətdarlığını bildirib, müəllifin 120 dərsliyini hədiyyə edib. Həmin dərsliklərin 60-ı institutun kitabxanasına, 30-u institut əməkdaşlarına, qalanları isə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinə, AMEA Naxçıvan Bölməsinə və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına verilib.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 19:45