AZ EN RU

Yeni bağlar salınıb

    Ekoloji tarazlığın qorunmasında yaşıllaşdırma tədbirləri böyük əhəmiyyətə malikdir. Bu ilin ötən ayları ərzində Ordubad rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilib, mövcud yaşıllıqların qorunub saxlanılması üçün zəruri tədbirlər həyata keçirilib. 
    Belə ki, cari ilin yazında ekoloji tədbirlər çərçivəsində rayon ərazisində 7,1 hektar yeni bağ salınıb, 7,5 hektar sahədə bərpa işləri həyata keçirilib, sahələrdə 6125 meyvə, 725 meşə, 10 həmişəyaşıl ağacı tingi, 11800 gül və bəzək kolları əkilib. Həmçinin bağ və yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, ağacların qurumuş budaqları kəsilərək götürülüb, sahələr qrafik əsasında suvarılıb. O da qeyd olunmalıdır ki, rayon ərazisində salınan meyvə bağlarından son aylar 1800 kiloqram meyvə yığılaraq Ordubad rayonunda yerləşən sərhəd komendantlığına, 3930 kiloqram meyvə isə Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. Hazırda meyvə bağlarının suvarılması işi tərtib olunmuş qrafik əsasında həyata keçirilir.

Bahar ƏLİYEVA

Nəşr edilib : 05.09.2022 19:32