AZ EN RU

Yeni Azərbaycan Partiyasının gəncliyə verdiyi töhfə müzakirə olunub

Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı tərəfindən “Yeni Azərbaycan Partiyasının vətənpərvər gəncliyin yetişməsində rolu” adlı tədbir keçirilib. Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib. Partiyanın fəal üzvü olan tələbələrə hədiyyələr, yeni üzvlərə isə vəsiqələr təqdim olunub. İştirakçılar muzeyin ekspoziyası ilə tanış olublar.
Tədbirdə çıxış edən şəhər təşkilatının sədr-müavini Ramil Orucəliyev, nazirliyin aparat rəhbəri İlhamə Nəzərova, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov və üzvü Nigar Mirzəmmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına  geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın prioritet fəaliyyət istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir

Nəşr edilib : 21.11.2023 15:16