AZ EN RU

Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü” adlı tədbir keçirilir

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin  xatirəsinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi: Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü” adlı tədbir keçirilir.
"Şərq qapısı" xəbər verir ki, tədbirin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin, milli ideyasının gənc nəslin inkişafında örnək olaraq təşviq edilməsidir.
Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycanın banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Nəşr edilib : 06.05.2024 12:37